Kiyevə “Şahid” hücumu

post-img

Dünən Ukraynada gərgin bir gün yaşanıb. Uk­rayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumata görə, Rusiya qoşunları ondan çox ya­şayış məntəqəsini atəşə tutub. Dnepropetrovsk şəhərində dalbadal bir neçə partlayış baş verib. Məlumatı UNİAN verib.

Kiyev meri Vitali Kliçko bildirib ki, pay­taxta İranın “Şahid” dronları ilə hücum edi­lib. “Şahid”lər Ukrayna hava hücumundan mü­dafiə qüvvələri tərəfin­dən məhv edilib. PUA qalıqları Kiyevin Obo­lonsk və Svyatoşin ra­yonlarına düşüb, part­layış olub, nəticədə 200 kvadratmetr qeyri-yaşayış binasında yanğın baş verib.

ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun mə­lumatına görə, ruslar Baxmutun şimal-qərbində, sə­naye zonasında, Zelyonaya və Aleksandr Kolpakov küçələri boyunca şəhərin mərkəzinə doğru irəliləyib­lər. Britaniya kəşfiyyatı isə rus ordusunun 10-cu tank alayının Avdeyevkaya hücumu zamanı böyük zirehli texnika itkisi ilə üzləşdiyini bildirib. Dünən Britaniya həm də Ukraynaya vəd etdiyi 28 “Challenger-2” tan­kından 14-nü və bir neçə “Buldoq” zirehli maşınını Ki­yevə göndərib. Almaniya isə Ukraynaya yardımını 15 milyard avroya qədər artırmaq niyyətindədir.

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər