Fransada pensiya haqqında qanuna etirazlar getdikcə şiddətlənir. Çoxsaylı aksiya iştirakçıları hökumətdən pensiya islahatının ləğvini tələb edir, əsas təqsirkar kimi prezident Emmanuel Makronu istefaya çağırır.
Ölkə mediasının xəbər verildiyi kimi, Fransanın ən böyük şəhərlərində 2023-cü ilin yanvarından etirazlar keçirilir, pensiya islahatının təsdiq edildiyi mart ayından isə aksiyalar daha kütləvi hal alıb.
Xatırladaq ki, 2023-cü ilin martında Fransa hökuməti ölkədə pensiya yaşının iki il artırılaraq 64-ə çatdırılması barədə qərarı təsdiqləyib.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”