Etirazçılar Makronun istefasını tələb edirlər

post-img

Fransada pensiya haqqında qanuna eti­razlar getdikcə şiddətlənir. Çoxsaylı aksiya iştirakçıları hökumətdən pensiya islahatının ləğvini tələb edir, əsas təqsirkar kimi prezident Emmanuel Makronu istefaya çağırır.

Ölkə mediasının xəbər verildiyi kimi, Fransanın ən böyük şəhərlərində 2023-cü ilin yanvarından etirazlar keçirilir, pensiya islahatının təsdiq edildiyi mart ayından isə aksiyalar daha kütləvi hal alıb.

Xatırladaq ki, 2023-cü ilin martında Fransa hö­kuməti ölkədə pensiya yaşının iki il artırılaraq 64-ə çatdırılması barədə qərarı təsdiqləyib.

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər