Qaz yataqlarımızın ehtiyatları yenidən öyrənilir

post-img

Azərbaycanın qaz ehtiyatları yenidən qiymətləndiriləcək. Bu məqsədlə hazırda “Ümid”, “Babək”, “Abşeron”, “Naxçıvan”, “Şəfəq–Asiman” kimi yataqların potensialının bir daha nəzərdən keçirilməsi planlaşdırılır.

Bunu cümə günü Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusif­zadə Enerji Həftəsi çərçivəsində keçirilən 28-ci Bakı Enerji Forumu zamanı bildirib. O deyib ki, adıçəkilən yataqların potensialının nəzərdən ke­çirilməsi və yenidən texniki qiymətləndirmə apa­rılması nəzərdə tutulur. Bununla bağlı SOCAR-ın Fransanın “TotalEnergies” şirkəti ilə əməkdaşlıq edəcəyini vurğulayan X.Yusifzadə bu məqsədlə may ayının əvvəlində müvafiq memorandum im­zalandığını xatırladıb. 

“Xalq qəzeti”

İqtisadiyyat