Yeni kosmik uçuş layihəsi

post-img

SpaceX şirkəti Starship kosmik gəmisinin ilk orbital uçuşunun reallaşdırılmasının ikinci cəhdinə aktiv şəkildə hazırlaşır. Şirkət özünün Starbase adlı kosmodromunun start meydançasına Starship-in 25-ci prototipini göndərib. 

Qeyd etmək lazımdır ki, Starship sistemi iki hissədən ibarətdir. Birinci hissəsini 33 ədəd mühərrikə sahib Su­per Heavy ağır raketi, ikinci hissəsini isə Starship kosmik gəmisi təşkil edir. 

Xatırladaq ki, kosmik gəminin daha öncəki prototipinin keçən ay ke­çirilmiş uçuş testi o qədər də uğurlu olmadı.

Z.BAYRAM, “Xalq qəzeti”

İKT