Süni intellekt məktub da yazır

post-img

Bəzi işçilər süni intellektin onları əvəz edəcəyindən narahatdırlar. Lakin ekspertlər bildirir ki, yeni texnoloji qurğular işçilərin gündəlik həyatına müsbət təsir göstərərək onlara işlərini asanlaşdırmaqda kömək edə bilər. 

Bu süni zəka növlərindən biri də “ChatGPT” adlanır. Yeni texnologiya işçilərə məktub yaz­maq, yeni sənəd yaratmaq və s. işlərdə kömək edir. 

“ChatGPT”nin əsas qabiliy­yətlərindən biri də odur ki, ona sorğu verildikdə daha əlçatan və asan oxuna bilən təbii dil emalı­na əsaslanan mətn təqdim edir. O, sorğuya cavab verməklə ya­naşı, işçilərin işlərini təhlil edir və onlara yeni məlumat əldə et­məyə kömək edir. 

Bu proqram, həmçinin bir çox istifadəçi üçün səsləndirmə löv­həsi funksiyasını da yerinə yeti­rir. Bu da yeni ideyalar yaratmaq üçün ən əlverişli vasitədir. 

F.HÜQUQQIZI, “Xalq qəzeti”

İKT