“Huawei” dünyanın ən böyük insansız mədən maşınlarını istifadəyə verib

post-img

Çinin "Huawei" şirkəti ağır texnika istehsalçısı XCMG və Pekin Elm və Texnologiya Universitetinin alimləri ilə birlikdə Daxili Monqolustan bölgəsindəki kömür mədənində "Huaneng Ruichi" modelinin 100 avtonom yük maşınını işə salıb. Layihə "Huaneng Mengdong" mədən şirkətinin sifarişi əsasında həyata keçirilir və qlobal kömür sənayesində belə ən böyük təşəbbüsə çevrilib.

Maşın parkının telekommunikasiya infrastrukturuna qəbul üçün 10 Gbit/s-ə qədər və ötürülmə üçün 1 Qbit/s-ə qədər yüksək məlumat mübadiləsi sürətinə malik 5G-A standartından istifadə etməklə məlumat ötürülməsi daxildir ki, bu da çətin iqlim şəraitində parkın dəqiq idarə edilməsi üçün son dərəcə vacibdir. Layihə müəlliflərinin fikrincə, pilotsuz texnologiyaların tətbiqi sürücülərin cəlb olunduğu ənənəvi sxemlə müqayisədə logistikanın səmərəliliyini 20% artırıb.

2028-ci ilə qədər bu yataqda avtonom yük maşınlarının sayının 300 ədədə, Çinin bütün kömür sənayesində isə 10 min avtomobilə çatdırılması planlaşdırılır. “Huawei” şirkəti Afrika və Latın Amerikası ölkələrinə pilotsuz yük maşınları və müvafiq infrastruktur ixrac etməyi düşünür.

Bundan əvvəl "Huawei" şəxsi kompüterlər üçün "HarmonyOS" əməliyyat sisteminin versiyasını təqdim edib. Bu əməliyyat sistemi şirkətin cihazlarında Windows-u əvəz etmək üçün nəzərdə tutulub və smartfonlar, planşetlər, smart saatlar və fərdi kompüterlər üçün vahid proqram qatına çevrilməlidir.

S.ELAY

XQ

İKT