Bank kartı məlumatları məxfidir, paylaşmayın, təhlükə var - DİQQƏT

post-img

Bank kartlarından oğurluqlar davam edir. Bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. 

Məlumatı DİN mətbuat xidməti yayıb. 

Mayın 17-də və 18-də ayrı-ayrı vətəndaşların bank kartlarından müxtəlif kiber üsulla 9800, 1586, 1012, 999, 850, 790, 210, 200, 170, 73, 40, 40 manat pul vəsaitləri oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır.

P.ƏMİRCANOV
XQ

Sosial həyat