Növbəti Rusiya-Ukrayna danışıqlarının tarixi hələ müəyyənləşməyib

post-img

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna üzrə danışıqların yeni raundunun müzakirələrinin texniki səviyyədə davam etdiyini və konkret tarixlərin hələ müəyyən edilmədiyini bildirib. Xəbəri “Anadolu” verib. 

Kreml sözçüsü Rusiya mətbuatının suallarını cavablandırarkən deyib: “Heç bir problem yoxdur. Sadəcə, bütün prosedurlardan keçmək lazımdır. Hər bir tərəf yeni raundun vaxtı ilə bağlı təklif gözləyir”.

Peskov vurğulayıb ki, Kreml Rusiya memorandumunun məzmununu açıq şəkildə müzakirə etmirŞ bu, Ukrayna tərəfi ilə də nəzərdən keçirilməyi: “Bu cür sənədlərin media vasitəsilə müzakirəsi həll prosesinin özünə zərər verə bilər”.

Qərbin Ukraynaya hərbi yardımı ilə bağlı vəziyyətə toxunan Peskov qeyd edib ki, Kreml ABŞ-ın silah tədarükünün dayandırılması ilə bağlı xəbərləri diqqətlə izləyir: “Kiyev nə qədər az raket alarsa, münaqişənin sonu bir o qədər yaxın olar”.

O, Kremlin Vladimir Putinlə Donald Tramp arasında mümkün söhbət üçün hazırlıqların əvvəlcədən elan edilmədiyini bildirib: “Biz bu telefon zənglərini heç vaxt elan etmirik, faktdan sonra sizə məlumat verəcəyik”.

Peskov əlavə edib ki, axşam saatlarında Rusiya prezidenti ilə beynəlxalq telefon danışığı gözlənilir.

P.ƏMİRCANOV
XQ

Dünya