Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Namibiya Respublikasının Omaheke, Otyozondupa, Tomas, Hardap, Eronqo regionlarında Atların Afrika, Bolqarıstan Respublikasının Plovdiv vilayətində xırdabuynuzlu heyvanların çiçək, Fransa Respublikasının Overn-Rona-Alplar regionunda, İtaliya Respublikasının Lombardiya regionunda nodulyar dermatit, Şimali Makedoniya Respublikasının Cənub-Şərqi Statistik regionunda Nyukasl, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Uelsin Rexham bölgəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün Namibiyadan və zonalaşma prinsipi nəzərə alınmaqla, qeyd olunan digər inzibati ərazi vahidlərindən diri atların və onlara aid genetik materialların, diri xırdabuynuzlu və iribuynuzlu heyvanların və onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı və tranzit daşınması ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.