SpaceX şirkəti Starship kosmik gəmisinin ilk orbital uçuşunun reallaşdırılmasının ikinci cəhdinə aktiv şəkildə hazırlaşır. Şirkət özünün Starbase adlı kosmodromunun start meydançasına Starship-in 25-ci prototipini göndərib.
Qeyd etmək lazımdır ki, Starship sistemi iki hissədən ibarətdir. Birinci hissəsini 33 ədəd mühərrikə sahib Super Heavy ağır raketi, ikinci hissəsini isə Starship kosmik gəmisi təşkil edir.
Xatırladaq ki, kosmik gəminin daha öncəki prototipinin keçən ay keçirilmiş uçuş testi o qədər də uğurlu olmadı.
Z.BAYRAM, “Xalq qəzeti”