Odlar Yurdu Universiteti İnformasiya texnologiyaları və kibertəhlükəsizlik kafedrasında kafedra müdiri vəzifəsinə vakansiya elan edir

post-img

Namizədə tələblər:

Profilə uyğun ali təhsil, elmi dərəcə və elmi ad. 

Ali təhsil müəssisəsində minimum 5 il elmi-pedaqoji təcrübə. 

Rəhbər vəzifədə iş təcrübəsi. 

Elmi nəşrlərin və tədqiqat işlərinin mövcudluğu. 

Yüksək təşkilatçılıq və liderlik bacarıqları. 

Tələb olunan sənədlər:

Şəxsiyyət vəsiqəsinin surəti. 

Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri.

Elmi və elmi-metodiki işlərin siyahısı. 

Kadrlar uçotunun şəxsi vərəqəsi. 

CV (tərcümeyi-hal).

Müraciət qaydası:

Namizədlər sənədlərini Odlar Yurdu Universitetinin rektorunun adına yazılmış ərizə ilə birlikdə [email protected] elektron poçt ünvanına göndərə və ya universitetin inzibati binasında (Bakı, Koroğlu Rəhimov küçəsi 13) insan resursları departamentinə təqdim edə bilərlər.

Son müraciət tarixi 30 aprel ­2026-cı ildir.

Reklam və elan