Buxarestdə mübarizə davam edir

post-img

Rumıniyanın paytaxtı Buxa­restdə güləş üzrə U-23 Avropa çempionatı davam edir. Yarışın üçüncü günündə qadın güləşi üzrə millinin 3 üzvü mübarizəyə qoşulub. Azərbaycan Güləş fe­derasiyasınıın mətbuat xidmə­tindən aldığımız məlumata görə, 50 kq çəki dərəcəsində müba­rizə aparan Şəhanə Nəzərova moldovalı Mariya Leordaya 10:0 hesabı ilə qalib gəlsə də, dörd­dəbir finalda litvalı Qabija Dili­teyə məğlub olub. 

Digər təmsilçimiz 55 kq çəkidə mübarizə aparan Elnurə Məmmə­dova isə polşalı Angelika Mitkov­skaya 12:1 hesabıyla qalib gəlsə də, dörddəbir finalda isveçli Emma Malmqrenə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Elnurə bü­rünc medal uğrunda moldovalı Mi­haela Samoillə güləşib. Rəqibinə 14:7 hesabıyla qalib gələn Məm­mədova Avropa üçüncüsü olub.

Nigar Mirzəzadə (68 kq) isə ilk mərhələdə slovakiyalı Suzanna Molnara məğlub olub. Rəqib finala yüksəldiyi üçün Nigar təsəlliverici görüşə çıxıb və polşalı Karolina Kozlovskaya 4:2 hesabı ilə qalib gəlib. Ancaq bürünc medal uğ­runda qarşılaşmada macarıstanlı Karolina Poka (2:10) uduzan Mir­zəzadə qitə birinciliyini 5-ci pillədə başa vurub.

Daha bir qadın güləşçimiz 65 kq çəkidə mübarizə aparan Birgül Soltanova təsnifat mərhələ­sində bolqarıstanlı Gergana Stoya­novaya 3:0 hesabı ilə qalib gəlib. Millimizin üzvü daha sonra yuna­nıstanlı Drosula Tzianakopulonu “tuş”la məyus edərək adını yarım­finala yazdırıb. Soltanova bu mər­hələdə fransalı İris Tiboksdan güc­lü olub - 6:3. O, finalda rumıniyalı Amina Kapezani sınağa çəkəcək.

 

Elçin AĞAMİRZƏ,

“Xalq qəzeti”

İdman