Dünya Qadın Seriyası: “Şuşa” mərhələsinin qrupları və oyunların təqvimi

post-img

“Xalq qəzeti” Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən bildirir ki, 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının “Şuşa” mərhələsində iştirak edəcək 8 komanda 2 qrupda mübarizə aparacaq. 

A qrupu (Almaniya, Rumıniya, klub Neftçi, Türkiyə), B qrupu (Niderland, Macarıstan, Azərbaycan, klub G FLOU). Reqlamentə əsasən, qruplarda birinci yeri tutmuş komandalar birbaşa yarımfinal mərhələsinə yüksələcəklər. İkinci və üçüncü sıranın sahibləri isə bir-biriləri ilə çarpaz şəkildə dörddəbir final mərhələsində üz-üzə gələcəklər. 

“Şuşa” mərhələsinin açılış oyunu 12 iyun saat 13:00 -da Almaniya və Türkiyə seçmələri arasında baş tutacaq. Yığma komandamızın qrupdakı ilk oyunu saat 14:15-də Macarıstan millisinə qarşı, “Neftçi” klubunun oyunu isə saat 13:50-də Rumıniya seçməsinə qarşı olacaq. Qeyd edək ki, Dünya Qadın Seriyasında "Şuşa" mərhələsinin oyunları CBC Sport telekanalı vasitəsilə də canlı yayımlanacaq.

“Xalq qəzeti”

İdman