ABŞ Kaxovka Su Elektrik Stansiyasının (SES) partlayışının fəsadlarının aradan qaldırılması məqsədilə Ukraynaya əlavə yardım paketləri hazırlayır. Yardımlar beynəlxalq təşkilatlar vasitəsilə həyata keçiriləcək.
Bu barədə ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. O bildirib ki, yeni yardım paketləri təhlükəsizlik sektoruna aid olacaq.
Qeyd edək ki, dünən Kaxovka SES-də partlayış fəsadlara yol açıb. Partlayışıda Rusiya və Ukrayna tərəfləri bir-birini ittiham edir.
Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"