193 üzvdən ibarət BMT Baş Assambleyasında Təhlükəsizlik Şurasının 2024-2025-ci illər üçün yeni qeyri-daimi üzvləri seçilib.
Qayana 191, Syerra-Leone 188, Əlcəzair 184, Cənubi Koreya 180, Sloveniya isə 153 səslə üstünlük qazanaraq, qeyri-daimi üzv seçiliblər.
Yeni üzvlər 2024-cü il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək olmaqla, 2 il fəaliyyət göstərəcəklər.
Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"