ABŞ İrana raket proqramı ilə bağlı sanksiya tətbiq edib

post-img

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İran, Çin və Honq-Konqdakı İran İslam Respublikasının ballistik raket proqramı ilə bağlı şəbəkəsinə sanksiya tətbiq edib.

Bununla bağlı ABŞ Maliyyə Nazirliyinin saytında məlumat verilib. Bildirilib ki, sanksiya 7 fiziki şəxsdən və 6 qurumdan ibarət şəbəkəyə aid edilib.

Bu şəbəkə əməliyyatlar aparmaqla İranın ballistik raket proqramının inkişafı üçün kritik hissələrin və texnologiyaların alınmasını asanlaşdırmaqla məşğul imiş.

 

Rizvan FİKRƏTOĞLU,

"Xalq qəzeti"

Dünya