Müstəqil Azərbaycan Konstitusiyasının müəllifi

post-img

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, Yasamal rayon Heydər Əliyev Mərkəzi və Sübhnur Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Kontitusiya və  Suverenlik ili” çərçivəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirildi.

Tədbirdən öncə qonaqlar Mərkəzin foyesində “Ümummilli liderin ideyaları işığında Suveren Azərbaycan” adlı  rəsm sərgisi ilə tanış oldular.

Qonaqlar muzey bölməsində Ulu öndərin büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad etdilər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirildi.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərimizin  əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildi.

 Tədbir  giriş sözü ilə Mərkəzin böyük elmi işçisi Arifə Mustafayeva açaraq “Konstitusiya və Suverenlik ili ” çərçivəsində keçirilən  tədbirin əhəmiyyətindən və Ulu öndərin müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşdırılmasındakı əvəzolunmaz rolundan bəhs etdi.

Tədbirdə çıxış edən  Milli Məclisin deputatı Ceyhun Məmmədov ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü qeyd edərək bildirdi ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin hüquqi, demokratik və dünyəvi dövlət kimi inkişafının əsasını qoyub. Bu Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də Ulu öndərin dövlət idarəçiliyi fəlsəfəsini özündə əks etdirən mühüm siyasi irsdir.

Tədbirdə Ulu öndər Heydər Əliyevə həsr olunmuş film nümayiş olundu.

Tədbirdə çıxış edən Sübhnur TİM-nin təsisçi direktoru Gülnarə Hüseynova və digər qonaqlar  Konstitusiyanın xalqın suverenliyini, insan hüquq və azadlıqlarını təmin edən  əsas qanun ki,  əhəmiyyətindən bəhs etdilər. Natiqlər Heydər Əliyevin  hüquqi dövlət quruculuğu istiqamətində apardığı islahatların  bu gün də prezident  İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladılar .

Tədbir bədii hissə ilə  davam etdi.

Tədbirdə  BDU-nun “Diplomatiya və müasir inteqrasiya  prosesləri” kafedrasının dosenti, professor Vəliyulla Cəfərov, Yasamal rayon İcra Hakimiyyətinin böyük məsləhətçisi Emin Babayev, Mədəniyyət Nazirliyinin əməkdaşı Zakir Quliyev, mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru İradə Əlili, MEA-nın müxbir üzvi, dosent Nəbi Mahmudov və  digər qonaqlar iştirak etdilər.

 

Qabil YUSİFOĞLU
XQ







Sosial həyat