Taleh Süleymanov da növbəti mərhələdə

post-img

Bu gün Kristal Zalda taekvondo üzrə 26-cı dünya çempionatının üçüncü gününün görüşləri çərçivəsində dayanq üzərinə çıxan taekvondoçumuz Taleh Süleymanov da qələbəyə imza atıb.

87 kiloqram çəki dərəcəsində mübarizə aparan Taleh Süleymanov Belçika idmançısı Manuel Polleti məğlub edərək, səkkizdəbir finala yüksəlib. 

Qeyd edək ki, bu gün səhər saatlarında Əliəskər Əliyev (80 kq) və Patimat Abakarova (49 kq) səkkizdəbir finala vəsiqə qazanıblar. Əliəskər Əliyev növbəti mərhələdə kolumbiyalı Migel Trejos Salasla gücünü sınayacaq. Patimat Abakarova qazaxıstanlı Botakoz Kapanova ilə qaşılaşacaq. T.Süleymanov isə ABŞ taekvondoçusu Mişel Rodrigezlə üz-üzə gələcək.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman