Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı, Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 12 yaşlı uşaqlar arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş turnir keçirilib.
AFFA-nın Mətbuat Xidmətindən aldığımız məlumata görə, turnirdə Bakı və Şamaxını təmsil edən 8 komanda iştirak edib. Final oyununda “Şamaxı” Futbol Klubunun U-12 komandası ilə paytaxtın “Kristal” komandaları üz-üzə gəlib, penalti seriyasına qədər davam edən oyunda şamaxılılar qalib gəlib. Üçüncü yerin sahibi isə “Zəngəzur” komandası olub. Mükafatçılara medal və kuboklar təqdim olunub. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, AFFA-nın Kütləvi futbol departamentinin rəhbəri Fərrux İsmayılov, Şamaxı Futbol Məktəbinin koordinatoru Vəli Qasımov, Elit Məşq layihəsinin koordinatoru Yunis Huseynov, A Milli komandanın məşqçisi Arif Əsədəv və veteran futbolçular viştirak edib.
Turnirdən sonra isə Şamaxını təmsil edən veteran futbolçular ilə Bakıdan gələn veteranlar arasında yoldaşlıq oyunu keçirilib.