Musa Qurbanlı "Qarabağ"dan ayrılır

post-img

"Qarabağ"ın hücumçusu Musa Qurbanlı karyerasını Avropada davam etdirəcək.

"Xalq qəzeti.az" "Prosport.Az"a istinadən bildirir ki, 21 yaşlı hücumçu atası və baş məşqçisi Qurban Qurbanovla son danışıqlarından sonra bu qərarı verib.

Yaxın həftələrdə Musanın hansı kluba keçəcəyi bilinəcək.

Qeyd edək ki, Qurbanlı başa çatan mövsümdə Premyer Liqada 21 qol vurub.

 

"Xalq qəzeti"

İdman