Göygöl rayonunda 28 Mayla bağlı tədbir

post-img

          Göygöl rayonunda 28 May - Müstəqillik Günü münasibətilə maraqlı bir tədbir keçirilib. Rayon icra hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova çıxış edərək deyib ki, AXC dövrünə bir daha nəzər saldıqda bu mühüm tarixi və ictimai-siyasi hadisənin milli yaddaşlarda necə böyük yeri və rolu olduğu aydın görünür. Bu, dövlət quruculuğu təcrübəsi baxımından da böyük əhəmiyyət kəsb edən tarixi hadisədir.

          Yeni Azərbaycan Partiyası Göygöl Rayon Təşkilatının sədri Vüqar İsayev, Şəmkir Regional Mədəniyyət İdarəsi Göygöl Rayon Təşkilatının nümayəndəsi Nurəddin Babayev, Göygöl Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə və başqaları öz çıxışlarında vurğulayıblar ki, bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.

                    Sonda tədbir iştirakçıları Müstəqillik Günü ilə bağlı videoçarxa baxmışlar. 

          Qeyd edək ki, tədbir Göygöl Rayon İcra Hakimiyyətinin, YAP Göygöl Rayon Təşkilatının və Göygöl Gənclər Evinin birgə təşkilatçılığı ilə keçirilib.

 

                  Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 





Sosial həyat