Sərvət Tazəgül: Bakıda hər addımda isti münasibət görürük

post-img

Taekvondo üzrə kişilərdən ibarət Türkiyə milli komandasının baş məşqçisi Sərvət Tazegül Bakıda keçirilən dünya çempionatı ilə bağlı fikirlərini "Xalq qəzeti.az"la bölüşüb. 

Baş məşqçi deyib: “Beş dəfə Avropa, iki qat dünya və Olimpiya çempionu olmuşam. Hazırda taekvondo üzrə kişilərdən ibarət Türkiyə milli komandasını çalışdırıram. Komandada yüksək əhval-ruhiyyə müşahidə olunur. 2016-cı ilə qədər Türkiyə millisini təmsil etdim. 2019-cu ildən kişilərdən ibarət taekvondo üzrə Türkiyə milli komandasının baş məşqçisi vəzifəsini yerinə yetirirəm. Burada, Azərbaycanda keçirilən dünya çempionatı çox gözəl keçir. Azərbaycan xalqı bizə öz millətimiz kimi münasibət göstərir. Burada hər addımda özümüzə qarşı isti münasibətin şahidi oluruq. İnşallah, Azərbaycandan yaxşı nəticələrlə qayıdarıq”.

Tazəgül əlavə edib ki, Bakıda özümüzü evimizdəki kimi hiss edirik.  Heç bir ögey münasibətdən söz gedə bilməz: “Bunları öz şəxsim adına deyil, bütün komandanın adından deyirəm. İdmançılar da sanki “Azərbaycana gəlmədik, Türkiyə daxilində bir bölgədən başqa bölgəyə səfər etdik” deyirlər. Dünən qadınların yarışında bir bürünc medal qazandıq. Bu gün də bir idmançımız hələ də mübarizəni davam etdirir. Ümumiyyətlə, idmançılarımızın, medal qazanmaq şansını yüksək dəyərləndirirəm. İnşallah ki, Bakıdan uğurlu nəticə ilə dönərik, Azərbaycanla da bağlı çoxlu xoş xatirələrimiz qalar".

Elçin ABBASOV,

"Xalq qəzeti

İdman