Gəncədə yeni hotel istifadəyə verildi

post-img

Gəncə şəhərində yeni inşa edilən "Leon Hotel, SPA və Restoran" kompleksi istifadəyə verilib. 

Açılış mərasimində çıxış edənlər-şəhər icra hakimiyyətinin, Dövlət Turizm Agentliyinin nümayəndələri bildiriblər ki, ölkəmizdə turizmin inkişfı və yeni iş yerlərinin açılması istiqamətində həyata keçirilən belə layihələrin əhəmiyyəti olduqca böyükdür. Qeyd olunub ki, "Leon Hotel, SPA və Restoran" kompleksi regionumuzda turizmin inkişafı istiqamətində həyata keçirilən əsaslı biznes layihələrindən biridir.

Beşmərtəbəli otel binasında 70 nəfərdən ibarət personal çalışacaq. Burada qonaqların istər ailəvi, istərsə də fərdi şəkildə gecələməsi üçün 5 tip otaq növü mövcuddur. Otuz səkkiz nömrədən ibarət oteldə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb. Oteldə müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı, açıq və bağlı şəraitdə fəaliyyət göstərəcək ailəvi restoranlar var. Restoranın xidmətlərindən təkcə oteldə gecələyən qonaqlar deyil, yerli sakinlər də yararlana biləcəklər.

Kompleksdə müxtəlif trenajorlar, müasir idman avadanlığı və Fitnes Spa mərkəzi də qonaqların istifadəsinə verilib.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri





Son xəbərlər