Avropa Kuboku turnirində 3 medal

post-img

Portuqaliyanın Koimbra şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk günü oğlanların yarışında -50 kq., -55 kq. və -60 kq. çəki dərəcələrində 7 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

Azərbaycan Cüdo Federasiyasından "Xalq qəzeti"nə bildirilib ki, -50 kq. çəkidə final görüşündə iki cüdoçumuz Bahadır Feyzullayev və Nihad Məmişov qarşılaşıb. Nəticədə Bahadır Feyzullayev qızıl medal əldə edib. 

-55 kq. çəkidə Həsən Həsənli bürünc medal qazanıb. Eyni çəkidə digər cüdoçumuz  Murad Fətullayev yarışı 5-ci yerdə tamamlayıb.
 
"Xalq qəzeti"

İdman