ABŞ Prezidenti Ərdoğanı seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib

post-img

ABŞ prezidenti Co Bayden bazar günü Rəcəb Tayyib Ərdoğanı Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda qazandığı qələbə münasibətilə təbrik edib və iki ölkə arasında Şimali Atlantika Alyansı çərçivəsində əməkdaşlığa ümid etdiyini bildirib.

Bu barədə ABŞ Prezidenti özünün “Twitter” səhifəsində yazıb.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edirəm. Mən NATO müttəfiqləri kimi ikitərəfli siyasət və ümumi qlobal çağırışlar sahələrində gələcək əməkdaşlığı səbirsizliklə gözləyirəm”, - deyə Amerika lideri bildirib.

"Xalq qəzeti"

Son xəbərlər