Balaca şahmatçılar Avropadan 5 medal gətirdilər

post-img

Albaniyada keçirilən məktəblilər arasında şahmat üzrə Avropa birinciliyində təmsilçilərimiz beş medal qazanıblar.

On yeddi yaşadək oğlanların yarışın­da Aqil İsrailov və 9 yaşadək oğlanların mübarizəsində Yasin Əzimov çempiona­tın qızıl medalına sahib çıxıblar. On üç yaşadək olan kateqoriyada Səadət Bəşirli qızların, Mirsaleh Seyidli isə oğlanların yarışında gümüş mükafat qazanıb. On beş yaşadək qızlar kateqoriyasında çıxış edən Nurtən Nuriyeva bürünc medalla mükafatlandırılıb.

İdman