Çin Dünya Qadın Seriyası Astara mərhələsinin qalibi oldu

post-img

Basketbolun 3x3 növü üzrə Dünya Qadın Seriyasında Astara mərhələsinə yekun vurulub.

Dörddəbir final oyununda klub təm­silçimiz “Neftçi” Çin millisinə 6:21 hesabı ilə məğlub olub. Ukrayna seçməsi Polşa komandasına 16:13 hesabı ilə qalib gəlib. Digər dörddəbir final oyunlarında Avstriya 14:8 hesabı ilə Macarıstana, Misir seç­məsi isə 21:13 hesabı ilə Çinin “Yuanda” klubuna qalib gəlib.

Yarımfinal oyunlarında Çin millisi Uk­raynanı 19:17, Misir yığması isə Avstriya­nı 21:14 hesabla üstələyib. Finalda Misirə 21:15 hesabla qalib gələn Çin yığması Astaradakı turnirin qalibi olub.

İdman