İspaniyada 3 medal qazanıldı

post-img

İspaniyanın Malaqa şəhərində keçirilən gənclər arasında Avropa kuboku turnirini Azərbaycan cüdoçuları 3 medalla başa vurublar. 

Komandamızın aktivinə qızıl meda­lı 66 kiloqram çəki dərəcəsində çıxış edən Aydın Rzayev qazandırıb. Kənan Nəsibov (+100 kq) gümüş, Süleyman Əliyev (73 kq) isə bürünc medala sahib olublar. 

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman