UEFA Avropa Liqasında finalçılar bəlli olur

post-img

Bu axşam UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək. Belə ki,  ilk matçda doğma meydanda "Sevilya" ilə 1:1 hesablı heç-heçə ilə kifayətlənən turinin "Yuventus" klubunu İspaniyada çətin sınaq gözləyir.     

Belə ki, bu dəfə İspaniya təmsilçisi rəqibini doğma meydanda (Ramon Sançes Pisxuan stadionunda) qəbul edəcək. Doğma meydan amilinin psixoloji cəhətdən üstünlüklərini nəzərə alsaq, onda asanlıqla "Sevilya"nın finala rahatlıqla çıxacağını söyləyə bilərik. Lakin bu, dqşqndüyümüz qədər də asan deyil. Çünki "Yuventus" (katenaçio) beton müdafiə sisteminə malik İtaliya klubudur.

Yeri gəlmişkən, oyunu niderlandlı referi Denni Makkeli idarə edəcık.

Qeyd edək ki, yarımfinalın digər cavab matçında  İtaliyanın  "Roma" klubu Almaniyanın  Leverkuzen şəhərinin "Bayer" komandası ilə üz-üzə gələcək. "Bay Arena" stadionunda keçiriləcək qarşılaşmanın baş hakimi sloveniyalı referi Slavko Vinçiç olacaq. 

Xatırladaq ki, bu komandalar arasındakı ilk görüş  "Roma"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. 
Yeri gəlmişkən hər iki qarşılaşma  Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman