Starlink peyk xidmətləri ilin sonuna kimi Azərbaycanda aktivləşdiriləcək

post-img

SpaceX-in Starlink peyk xidmətləri bu ilin oktyabr-dekabr aylarında Azərbaycanda aktivləşdiriləcək.

Bu barədə "Report"a telekommunikasiya bazarındakı mənbə bildirib.

Xatırladaq ki, bu il oktyabrın 2-6-da Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi keçiriləcək.

Starlink hələlik xidmətlərin və avadanlıqların dəyərini açıqlamasa da, depozitin məbləğini müəyyənləşdirib. Peyk xidmətlərindən istifadə etmək istəyənlər öncədən sifariş üçün 9 ABŞ dolları (15,3 manat) ödəməlidirlər. Müştəri fikrini dəyişərsə, SpaceX bu məbləği geri qaytaracaq.

Şirkət qeyd edib ki, sifarişlər birinci gələnə birinci xidmət prinsipi əsasında yerinə yetiriləcək.

İKT