Ataman Güneyligilin karyerası ərzində qazandığı uğurlar

post-img

Bu günlərdə qadın voleybolçulardan ibarət milli komandaya yeni baş məşqçi təyin olunan Ataman Güneyligillə söhbətdən öyrəndik ki, 41 yaşlı təcrübəli mütəxəssis Türkiyənin qadınlardan ibarət U-20 və U-23 yığmalarını çalışdırısı olub. O, müxtəlif klublarda çalışıb, bir sıra nailiyyətlər əldə edib.

Ataman Güneyligilin karyerası ərzində 2003-2006-cı illərdə “Vakıfbank” klubu (köməkçi məşqçi), 2006-2008-ci illərdə “Beşiktaş” klubu (köməkçi məşqçi), 2008-2010-cu illərdə “Galatasaray” klubunda (köməkçi məşqçi) vəzifəsində çalışıb.

Təcrübəli mütəxəssis 2010-2011-ci illərdə Dicle Üniversitesinin komandasında (baş məşqçi), 2013-cü il mövsümündə Türkiyənin U-23 millisində (köməkçi məşqçi), 2011-2015-ci illərdə yenidən “Galatasaray” klubunda (köməkçi məşqçi) vəzifəsini icra edib. 

O, 2015-ci ildə Türkiyənin U-20 millisinin (baş məşqçi), 2017-ci ildə U-23 millisinin (baş məşqçi), eyni zamanda 2015-2023-cü illər ərzində “ Galatasaray” klubunda  (baş məşqçi) vəzifəsində çalışıb.

Ataman Güneyligil 2017-ci ildə Türkiyənin U-23 millisi ilə (qadınlar) Dünya çempionatında qızıl medal qazanıb. Eyni zamanda, o, 2017-ci ildə Türkiyə millisi ilə (qadınlar) “Yeltsin kuboku”nda bürünc medal əldə edib. 

Təcrübəli mütəxəssis CEV Cup turnirində 2003-2004-cü illər mövsümündə “Vakıfbank” klubu ilə qızıl medal, 2011-2012, 2015-2016,  2020-2021-ci illər mövsümündə  “Qalatasaray”  klubu ilə gümüş medala yiyələnib. 2014-2015  və 2016-2017-ci illər mövsümündə “Qalatasaray” klubu ilə bürünc medal qazanıb. 

“Challenge Cup” turnirində isə o, 2009-2010-cu illər mövsümündə “Qalatasaray” klubu ilə bürünc medala sahib olub.

Türkiyəli mütəxəssis Balkan kuboku turnirində 2007-2008-ci illər mövsümündə  “Beşiktaş” klubu ilə qızıl medala yiyələnib.

O, həmçinin “Top Volley International” turnirində 2012-2013 “Qalatasaray” klubu ilə bürünc medal qazanıb.

Bundan başqa, Ataman Güneyligil Türkiyə çempionatında 2003-2004, 2004-2005-ci illər mövsümündə “Vakıfbank” klubu ilə qızıl medal qazanıb. 2005-2006-cı illər mövsümündə “Vakıfbank” klubu ilə gümüş medala sahib olub. 2012-2013-cü illər mövsümündə “Qalatasaray” klubu ilə bürünc medala yiyələnib. 2016-2017-ci illər mövsümündə isə “Qalatasaray” klubu ilə ölkə çempionatının gümüş medalını qazanıb.

Yeri gəlmişkən, A.Güneyligil rəhbərlik etdiyi komanda ilə Türkiyə kubokunda da uğurla çıxış edib. Belə ki, 2011-2012-ci illər mövsümündə “Qalatasaray”ın sükanı arxasında ölkə kubokunda gümüş medala yiyələnib. 

2020-2021, 2018-2019, 2017-2018, 2014-2015, 2012-2013-cü illər mövsümündə isə “Qalatasaray” klubu ilə bürünc medal qazanıb. 

O, həmçinin 2012-2013-cü illər mövsümündə “Qalatasaray” klubu ilə Türkiyə Super Kubokunda gümüş medal sahibi olub. 

Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman