Rəsmi Kiyev Türkiyənin Ukraynaya F-16 təyyarələri verməsi barədə Qərbə öz istəyini bildirib.
Xatırladaq ki, Ukrayna-Rusiya müharibəsi 15-ci aydır davam edir. Ukraynanın NATO üzvü olan ölkələrdən ciddi texnika, kəşfiyyat və təlim dəstəyi aldığı bildirilir.
Ukraynalı rəsmilər Böyük Britaniya, Almaniya, Fransa və İtaliyadan xahiş edirlər ki, F-16 tədarükündə ABŞ və Türkiyənı razı salsınlar.
Qeyd edək ki, hazırda Ukraynalı pilotlar Böyük Britaniyada təlimlərini davam etdirirlər.
Elşən AĞALAR,
"Xalq qəzeti"