Zaqrebdə dostluq və qardaşlıq mesajı

post-img

Azərbaycan və Türkiyə qardaşlığı növbəti dəfə nümayiş etdirilib. Bildiyiniz kimi, Xorvatiyada keçirilən Avropa çempionatında sərbəst güləş üzrə millimiz uğurlu çıxış edib.

2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan komandamız Avropa çempionu olub. Qitə birinciliyində 2 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edən Türkiyə millisi isə 3-cü yeri tutub.

Komandaların təltifetmə mərasimindən sonra hər iki komandanın nümayəndə heyəti Zaqreb Arenada iki ölkənin dövlət bayrağı ilə birgə şəkil çəkdirib və növbəti dəfə dostluq və qardaşlıq mesajı verilib.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman