ADPU əməkdaşları “Xarici keyfiyyət təminatı” sertifikatları alıblar

post-img

Aprelin 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən ali təhsil müəssisəsinin akademik heyət üzvlərinə institusional akkreditasiya ilə bağlı keçirilmiş “Xarici keyfiyyət təminatı” mövzusunda təlim proqramında iştirak edənlərin təltifetmə mərasimi keçirilib.

Sertifikatların təqdim olunması mərasimində ADPU-nun rektoru professor Cəfər Cəfərov və TKTA-nın İdarə Heyətinin sədr müavini Kamran Rəsulov iştirak edib.

Qeyd edək ki, bir neçə ay davam edən təlimlərdə Pedaqoji Universitetin 52 nəfər akademik heyət üzvü iştirak edib.

Təhsil