Avstriya-Azərbaycan matçında ilk hissə başa çatıb

post-img

Avstriyanın Linz şəhərində futbol üzrə Azərbaycan millisi komandasının “Avro-2024”ün seçmə mərhələsi çərçivəsində Avstriya yığması ilə qarşılaşmasında ilk hissə başa çatıb.

Birinci hissənin ilk 25 dəqiqəsində qol olmayıb. Komandalar bir qədər ehtiyatlı davranaraq kəşfiyyat xarakterli oyun nümayiş etdiriblər. Lakin 28-ci və 30 dəqiqələrdə Avstriya yığması gözlənilmədən ardıcıl iki dəfə millimizi meydanın mərkəzindən oyuna başlamağa məcbur ediblər.

Beləliklə, birinci hissə Avstriyanın 2:0 hesablıq qələbəsi ilə yekunlaşıb. Avstriyalılar fasiləyə üstün yollanıblar. 

Elçin AĞAMİRZƏ,

"Xalq qəzeti"

İdman