Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

“Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, “Notariat haqqında”, “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 867-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, “Notariat haqqında”, “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 867-VIQD nömrəli Qanununun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 44; 2002, № 8, maddə 478; 2006, № 8, maddə 677, № 12, maddə 1034; 2007, № 3, maddə 226; 2009, № 6, maddə 414; 2011, № 11, maddə 1009; 2016, № 3, maddə 471, № 6, maddə 1045; 2017, № 3, maddə 352, № 4, maddə 551, № 8, maddə 1517; 2018, № 11, maddə 2261; 2019, № 6, maddə 1030, № 12, maddə 1931; 2020, № 11, maddə 1358; 2021, № 7, maddə 737; 2022, № 5, maddə 476; 2023, № 1, maddələr 85, 98) 2.2-ci bəndindən “73.2-ci,” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər tərəfindən verilən etibarnamələrin təsdiq edilməsinə dair notariat hərəkətləri aparılmasının tənzimlənməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində dəyişikliklər etsin;

2.2. “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, “Notariat haqqında”, “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 867-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri 3 iyun 2023-cü il

Fərmanlar