Ceyk Sallivan və Andrey Yermak F-16 tədarükünü müzakirə ediblər

post-img

Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermakla ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında telefon danışığı olub.

“Xalq qəzeti” xəbər verir ki, Ukrayna Prezidenti Ofisindən bu barədə məlumat verilib. 

Tərəflər F-16-ların Ukraynaya tədarükünü, həmçinin bu qırıcıları idarə edəcək pilotların təlimini müzakirə ediblər.

A.Yermak həmsöhbətini döyüş meydanındakı son durum barədə də məlumatlandırıb və verdiyi dəstəyə görə Ağ Evə minnətdarlığını bildirib.

Anar ƏLİ,
“Xalq qəzeti”

Dünya