Bioloqlar Xəzər dənizinin sahillərində tədqiqat aparıblar

post-img

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun bir qrup əməkdaşı biologiya üzrə fəlsəfə doktoru, dosent Rəna Abdıyevanın rəhbərliyi ilə Neftçala rayonu ərazisində ekspedisiyada olublar.

Ekspedisiyanın məqsədi Xəzər dənizi sahilndə erkən yaz florasının qeydə alınması və bitki örtüyünün müasir vəziyyətinin öyrənilməsi olub. Tədqiqatlar Kür çayının Xəzər dənizinə qovuşduğu sahədə, Xəzər dənizinin sahilboyu ərazisi (30 km) və sahil yaxınlığında yerləşən Uzunbabalı, Bankə, Yenikənd, Qırmızı Şəfəq, Qaravəli, İkinci Mayak, Birinci Mayak, Həsənabad, Mirzəqurbanlı, Mikayıllı, Şirvanlı kəndlərdə aparılıb.

Çöl tədqiqatları zamanı məlum olub ki, rayonun bitki örtüyündə yulğun formasiyalarının yayılması zonal xarakter daşıyır. Neftçala rayonunda Kür çayının Xəzər dənizinə qovuşduğu ərazidə balıqçılıq və otarılma amilləri güclü səhralaşma prosesinin yaranmasına şərait yaradır. 

Anar ƏLİ,
“Xalq qəzeti”



Elm