BMT 2040-cı ilə qədər plastik çirklənməni 80% azaltmaq planını təqdim edib

post-img

Birləşmiş Millətlər Təşkilatı, xüsusilə, həddindən artıq qablaşdırmanın azaldılmasına və vergilərin tətbiq edilməsinə diqqət yetirməyi təklif edir. İlkin hesablamalara görə, təklif olunan tədbirlər qarşıdakı 20 il ərzində 3 trilyon dollardan çox zərərin qarşısını alacaq.

BMT ekspertləri qlobal miqyasda plastik tullantıların azaldılması üçün bir sıra tədbirlər, o cümlədən təkrar istifadə və istehsalçılara vergilər təklif ediblər. Əksər ölkələr tullantıları azaltmaq, o cümlədən birdəfəlik plastikləri qadağan etmək üçün addımlar atırlar.

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) hesabatına görə, 2040-cı ilə qədər qlobal plastik çirklənmə 80% azala bilər.

UNEP-in icraçı direktoru İnger Andersenin sözlərinə görə, plastikin istehsalı, istifadəsi və atılması ekosistemləri çirkləndirir, insan sağlamlığı üçün risklər yaradır və iqlimə mənfi təsir göstərir: "Bu hesabat riskləri əhəmiyyətli dərəcədə azaltmaq üçün yol xəritəsini müəyyənləşdirir".

Tullantıları azaltmaq üçün ilk addım olaraq artıq qablaşdırmanı aradan qaldırmaq olmalıdır. Bundan əlavə, ölkələr plastik məhsulların təkrar emalı və təkrar istifadəsini artırmalı və polimer materialları daha yaşıl alternativlərlə əvəz etməlidirlər. UNEP, həmçinin ilkin plastik istehsalçıları üçün vergitutma sisteminin dəyişdirilməsini və çirkləndirici polimer materiallarının istehsalı üçün əsas xammal olan qalıq yanacaqların hasilatı üçün subsidiyaların aradan qaldırılmasını təklif edir. 

Hesabatda bildirilir ki, ölkələr bu tövsiyələrə əməl etsələr, 2040-cı ilə qədər plastik tullantıların illik həcmini 40 milyon tona qədər azaltmaq mümkün olacaq. Təkcə plastik məhsulları təkrar emal etməklə plastik çirklənməni 30% azaltmaq olar. Təkrar emalın artırılması çirklənməni 20% azaldacaq və plastikin kağız və kompost edilə bilən materiallarla əvəzlənməsi dünyanı daha 17% zibildən təmizləyəcək. Bundan başqa, BMT ekspertləri həmçinin hesablayıblar ki, növbəti 20 il ərzində plastik çirklənmənin 80% azaldılması 3 trilyon dollardan çox zərərin qarşısını alacaq. O, eyni zamanda, 500 milyon ton karbon qazı emissiyasının qarşısını alacaq ki, bu da Kanadanın bir ildə karbon ayaq izi ilə müqayisə oluna bilər. Məlumat verilir ki, proqramın icrası ildə 65 milyon dollara başa gələcək.

UNEP-in təklif etdiyi tədbirlər görülməsə, o zaman dünyada hər il 227 milyon ton plastik tullantı əmələ gələcək.

Əksər ölkələrdə plastik tullantıların miqdarının azaldılmasına yönəlmiş müxtəlif təşəbbüslər mövcuddur. Bir çox ştatlarda mikromuncuqlu dəriyə qulluq məhsullarının istehsalı qadağan edilib. Hollandiya 2014-cü ildə belə bir məhdudiyyət tətbiq edən ilk ölkə olub. Onlara Avstraliya, Cənubi Koreya, Böyük Britaniya və ABŞ da qoşulub. 

Əksər AB ölkələri, Yaponiya, Cənubi Koreya və Kanadanın beş vilayətində istehsalçıya təkrar emal xərcləri tətbiq edən qablaşdırma qanunları var. 2021-ci ildə ABŞ-ın Men ştatında presedent yaradan oxşar qanun qəbul edib. Tezliklə Oreqonda da belə qanun qəbul olunub. 

Avropa İttifaqında birdəfəlik plastik qadağa 2021-ci ildə qüvvəyə minib.  Pastik boşqablar və bıçaqlar, pambıq qönçələr, içməli borular və polistirol qablar yasaqlanıb.

Maraqlıdır ki, 2002-ci ildə Banqladeş birdəfəlik plastik torbaları qadağan edən ilk ölkə kimi tarixə düşüb. Son illərdə ABŞ-ın bəzi ştatlarında ad oxşar qadağalar tətbiq edilib. Gündə təxminən 26 min ton plastik tullantı əmələ gələn Hindistanda tullantılardan minlərlə kilometr yol tikilir. Bu, təkcə təkrar emal problemini həll etməyə kömək etmir, həm də yolların tikintisini ucuzlaşdırır. Belə əhatə dairəsinin hər kilometri CO2 emissiyalarını 3 ton azaldır. 

Hazırladı:

S.ELAY,

"Xalq qəzeti"

 

Ekologiya