İlon Mask “Twitter”in adını dəyişir

post-img

Amerikalı milyarder İlon Mask sahibi oldu­ğu "Twitter" sosial şəbəkəsinin rebrendini (yeni brendini – müəllif) təsdiqləyib. Bu barədə “Ame­rikanın səsi radiosu məlumat yayıb. 

Xəbərdə qeyd edilir ki, bu günlərdə İlon Mask “Twit­ter" sosial şəbəkəsini rebrendinq etmək planlarını təs­diqləyib. Belə ki, o, "Twitter"in hazırkı adının və mavi quş loqosunun “X” hərfi ilə əvəz oluna biləcəyini iddia edən sənədə imza atıb. 

Xatırladaq ki, 1971-ci ildə Pretoridə (Cənubi Afrika Respublikası) doğulan, gənc yaşlarında ABŞ-a köçən İlon Mask dünyanın ən uğurlu iş adamlarından biridir. Onun varidatının 270 milyarddan çox olduğu iddia olu­nur. İ.Mask modern texnologiyalar biznesində maraqlı təşəbbüsləri ilə ad çıxarıb. 

“Xalq qəzeti”

Dünya