Deyin görüm, sülhün sizə nə ziyanı var?

post-img

“Facebook”da dost­luğumda olan Jalə Əh­mədova adlı bir ziyalı xanım dünən öz payla­şımında bu fotonu yer­ləşdirərək körpə qız­cığazın adından belə yazıb:

“Deyin görüm, sülhün sizə nə ziyanı var?”

Çox sayda sosial şə­bəkə izləyiciləri bu təsirli sözlərə biganə qalmayıblar. Onlardan biri yazıb ki, müharibə böyük bir biznesdir, məhz bu səbəbdən sülhün düşmənləri öz bəd əməllərini davam etdirə bilirlər. 

Təbii ki, bu körpə balamızın müharibələrin sərvət, var-dövlət əldə keçirmək, yeni torpaqlar işğal etmək naminə aparıldığın­dan xəbəri yoxdur. O, bütün bunları böyüyəndən sonra anlaya­caq. 

Ümid etmək istərdik ki, bu gün Suriyada, Ukraynada, Su­danda müharibə alovunu körükləyənlər, eləcə də Qarabağı yenidən qan çanağına döndərmək istəyənlər bu fotodokı qız­cığazın, onun kimi yüz minlərlə, milyonlarla uşağın ürəyindən qopan sülh harayını, nəhayət eşitsinlər, necə deyərlər, güllər açılsın, güllələr açılmasın... Bir də biz uşaq olanda məktəbdə belə bir nəğmə oxuyardıq:

Sülhə gəlin, ey insanlar

Yoxsa, dünya məhv olar...

 

Təqdim etdi: M.HACIXANLI, “Xalq qəzeti”

Sosial həyat