Süni zəka işsizliyə aparırmı?

post-img

Son zamanlar İT mütəxəssisləri süni intellekt sistemlərinin inkişafının əmək bazarını tamamilə dəyişəcəyini vurğulayırlar. İşçi qüvvəsinin yerini artıq intellektual sistemlər və texnoloji maşınlar alır. 

Şirkətlər bununla bağlı müxtəlif hesabatlar təqdim edirlər. Bu cür rəylərin birini də “Challenger” və “Gray & Christmas” adlı şirkətlər hazırlayıblar. Belə ki, onların statistik məlumatlarına görə, may ayında süni intellekt 4 minə yaxın insanın işdən çıxarılmasına səbəb olub. Xəbəri “msn.com” saytı verib.

Analitiklər qeyd ediblər ki, bunun əsas səbəbi şirkət­lərin süni intellekt texnologiyasını öz iş proseslərinə inteqrasiya etmələridir. Həmçinin proqnozlara əsasən, süni zəka ilə bağlı əmək bazarının həcmi gələcəkdə 1,3 trilyon dollara çatacaq. Onların fikrincə, 2035-ci ilə qə­dər isə süni intellekt sistemlərinin yayılması 300 milyon iş yerinin ixtisar olunmasına səbəb olacaq. 

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Sosial həyat