Türkiyə İranın maraqlarını Albaniyada təmsil edəcək

post-img

“Mehr” agentliyi xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında şənbə günü telefon danışığı olub.

iran xarici işlər naziri Türkiyə hökumətini və xalqını Ramazan bayramı münasibətilə təbrik edib. 

O, həmçinin bildirib ki, İran Xarici İşlər Nazirliyi Türkiyə vasitəsilə İranın Albaniyadakı maraqlarını təmdil edəcək bölmənin açılmasına razılıq verib və buna görə Ankaraya təşəkkür edib.

“Türkiyə diplomatı öz növbəsində İran xalqını da Ramazan bayramı münasibətilə təbrik edib və iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb”, - məlumatda bildirilir.

S.ELAY,

"Xalq qəzeti"

Dünya