İranda 5,1 bal gücündə zəlzələ olub

post-img

İranda 5,1 bal gücündə zəlzələ olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa – Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri İranın Bəndər Abbas şəhərindən 117 kilometr şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.

İtkilər və dağıntılar barədə hələlik məlumat yoxdur.

Xatırladaq ki, fevralın 21-də Bəndər Abbas şəhərindən 113 kilometr məsafədə 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Dünya