BMU-nun magistratura tələbələri ikili diplom proqramı çərçivəsində Çində təhsilə başlayır

post-img

Bakı Mühəndislik Universitetinin (BMU) magistratura səviyyəsində təhsil alan 8 tələbəsi Pekin İnşaat Mühəndisliyi və Memarlıq Universiteti (Beijing University of Civil Engineering and Architecture - BUCEA) ilə həyata keçirilən ikili diplom proqramı çərçivəsində təhsillərini davam etdirmək üçün Çindədir.

BMU-dan XQ-yə bildirilib ki, BUCEA ilə bu il imzalanmış əməkdaşlıq memorandumuna əsasən magistratura səviyyəsində iki model üzrə ikili diplom proqramı həyata keçirilir. Proqram memarlıq, inşaat mühəndisliyi, ətraf mühit mühəndisliyi, informasiya texnologiyaları və maşınqayırma mühəndisliyi ixtisaslarını əhatə edir.

Təhsil prosesi 0,5+2,5 il formatında təşkil olunur. Tələbələr proqramın ilk semestrini BMU-da, növbəti semestrlərini isə BUCEA-da davam etdirəcəklər.

Proqramın əsas məqsədi beynəlxalq təcrübəyə malik, yüksəkixtisaslı və rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasıdır. Müəyyən edilmiş meyarlara uyğun olaraq seçilən tələbələr təhsillərini uğurla başa vurduqdan sonra hər iki universitetin magistr diplomunu əldə edəcəklər.







Təhsil