Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Akdeniz Universiteti və Azərbaycan İdman Akademiyası (ASA) arasında ali təhsilin bakalavr səviyyəsinin “Məşqçilik” ixtisası üzrə ikili diplom proqramının həyata keçirilməsinə dair protokol imzalanıb.
Sənədin imzalanmasında məqsəd iki qardaş ölkə arasında idman təhsili sahəsində əməkdaşlığı daha da dərinləşdirmək, müasir beynəlxalq standartlara cavab verən peşəkar məşqçilərin hazırlanması üçün birgə tədris və elmi mühit formalaşdırmaqdır.
İmzalanma mərasimində Akdeniz Universitetinin rektoru Özlenen Özkanın və ASA-nın rektoru Fuad Hacıyevin başçılıq etdikləri nümayəndə heyətləri iştirak ediblər.
Yeni proqram çərçivəsində tələbələr təhsilin birinci və dördüncü illərini qəbul olduqları universitetdə, ikinci və üçüncü illərini isə tərəfdaş universitetdə keçirəcəklər. Tədrisi proqramını uğurla başa vuran məzunlara hər iki ali təhsil müəssisəsinin diplomu təqdim olunacaq.
Qabil Yusifoğlu
XQ