Yay Təcrübə Proqramı çərçivəsində Bakı Dövlət Universitetinin tələbələri üçün məlumatlandırıcı sessiya təşkil olunub

post-img

Məlumat verdiyimiz kimi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Yay Təcrübə Proqramı çərçivəsində tələbələrin bilik, bacarıq və şəxsi inkişafına dəstək vermək məqsədilə ali təhsil müəssisələrində məlumatlandırıcı sessiyalar təşkil edir. Növbəti görüş Bakı Dövlət Universitetinin tələbələri ilə keçirilib. DVX-nin İnsan resursları baş idarəsinin əməkdaşları və DVX-nin Tədris Mərkəzinin nümayəndələri iştirakçılara Yay Təcrübə Proqramı barədə geniş məlumat verib, “Azərbaycan Respublikasının Vergi sistemi” və ”İqtisadi təhlükəsizliyin qorunmasında vergi orqanlarının rolu" mövzularında təqdimatlarla çıxış ediblər.

Xatırladaq ki, DVX ali təhsil müəssisələrinin 4-cü kurs bakalavriat pilləsində, yaxud 1-ci və ya 2-ci kurs magistratura pilləsində iqtisadiyyat, hüquq və ya idarəetmə ixtisas istiqamətləri üzrə təhsil alan tələbələri üçün sayca dördüncü Yay Təcrübə Proqramını elan edib. Proqramda iştirak etmək üçün sənəd qəbulu [email protected] elektron poçt ünvanı vasitəsilə 14 may 2025-ci il saat 23:59-dək həyata keçiriləcək. Yay Təcrübə Proqramı ilə bağlı ətraflı məlumatla aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/post/3997.

YTP çərçivəsində ali təhsil müəssisələri ilə görüşlər davam edir.







Təhsil