Pedaqoji Universitetdə Vətən müharibəsi şəhidləri anılıb

post-img

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 27 Sentyabr – Anım Günü münasibətilə 44 günlük Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib. Anım mərasimi ərazi bütövlüyümüzün müdafiəsi, dövlət suverenliyinin bərpası uğrunda canından keçmiş  şəhidlərimizin ruhlarına ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla başlayıb. Universitet rəhbərliyi tərəfindən universitetdə ali təhsil ocağında yaradılmış “Zəfər guşəsi” ziyarət edilib, guşəyə tər çiçəklər düzülüb. 

Mərasim iştirakçıları müasir Azərbaycanın və dövlət müstəqilliyimizin memarı olan Ulu Öndər Heydər Əliyevin universitetin foyesində ucaldılmış abidəsinini ziyarət edib, ruhunu ehtiramla yad ediblər.

Həmçinin, universitetin fakültələrində də Anım Günü müxtəlif tədbirlərlə qeyd olunub, vətən uğrunda canlarından keçən qəhrəman övladların xatirələri yad olunub.







Təhsil