LDU ilə QS arasında müqavilə imzalanıb

post-img

Dünyanın ən nüfuzlu reytinq təşkilatı olan “Quacquarelli Symonds”un (QS) regional direktoru Sergey Xristolyubov Lənkəran Dövlət Universitetində (LDU) olub. Hörmətli qonağı LDU-nun rektoru, professor Natiq İbrahimov qəbul edib. 

Rektor son illərdə LDU-da təhsilin keyfiyyətinin yüksəldilməsi, dünya standartlarına uyğunlaşdırılması,  rəqabət qabiliyyətliliyinin artırılması , qarşıda duran hədəflər, universitetin son illərdə  beynəlxalq arenada tanıdılması istiqamətində görülən işlərdən və qarşıda duran perspektivlərdən danışıb.

Sonda Professor Natiq İbrahimov və  QS-in regional direktoru Sergey Xristolyubov Lənkəran Dövlət Universiteti ilə  QS arasında universitetin  “QS Stars” reytinq qiymətləndirilməsinə qoşulmaq, eləcə də QS-in reputasiya sorğularının analitik məlumat bazasına çıxış əldə etmək məqsədilə əməkdaşlıq müqaviləsi imzalayıblar.

 Məlumat üçün bildirək ki, “QS Stars” beynəlxalq səviyyədə tanınmış keyfiyyət nişanıdır.







Təhsil